Автор:
Xəlil Boris oğlu Maslov (Qazaxıstan, Astana)
1989 il Berlin divarının çökməsi, ardından da Şərq bloku və Sovet Sosialist Respublikaları İttifaqının 1991 ci ildə parçalanması, əlli ilə yaxın beynəlxalg əlaqələr sistemində hökm sürən ve ideolojik qarşıdurmaya əsaslanan iki qütüblü sistemın de sonlanmasına səbəb oldu.
Postsovet məkanında regional gücü olan ve integrasiyaedici özəllikli yeni strukturlar qurmaq cəhdləri arasında əsas yeri ədəbiyyatda “Avroasiyanizm” deyə adlandırılan cərəyan yer alır. Avroasiyanizmin bu modeli birinci növbədə postsovet, ümumilikdə isə avroasiya məkanında yenidənqurulma ve rekonstruktivləşməyi əsas alır.Avroasiyanizm geosiyasi, geoiqtisadi ve geomədəni sahələriylə bu məkanın bir hissəsi olan Azərbaycanın da maraqlarıyla uzlaşır. Baxmayaraq ki “Avroasiyanizm” ümumiyyətlə Rusiya ile müəyyən olunur amma 1994 cü ildə Nursultan Nazarbayev tərəfindən irəli sürülən Avroasiyanizm modeli əsas yer tutur. Bu elmi məqalədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avroasiya doktrinasına Azərbaycanın mövgeyi nəzərdən keçiriləcək.
SSRİ-nin dağılmasından sonra öz müstəqilliyini əldə etdikdən sonra stratejik mövqelərini yenidən dəyərləndirmə ehtiyacını hiss edən Azərbaycan Avroasiya məkanının cənub-qərbində yerləşir ve bu məkanın yuxarıda qeyd olunan xarakter xüsusiyyətlərini özündə birləşdirir.Yerləşdiyi Qafqaz regionundakı etnik qarşıdurma, xüsusiyle de Azərbaycan Ermənistan konflikti, Rusiya, ABŞ, AB, Türkiyə, İran ve başqa güclər arasında regiona təsir uğrunda mübarizə, “Yeni Böyük Oyunun” əsas mərkəzlərindən biri kimi Xəzər hövzəsinin energetikadakı rolu, qərb ve şərqdəki türkdilli xalglar arasındakı funksiyasını nəzərə alırsaq, Azərbaycan bu mübarizə və axtarış proseslərindən kənarda qala bilməz. Bu şərtlər geo siyasi,geo igtisadi ve geo mədəni faktorlar müstəvisində yeni formalaşan beynəlxalq sistem ve Avroasiya məkanında Azərbaycanın stratejik mövqeyinin yenidən nəzərdən keçirilməsini ortaya qoyur.
Avroasiyanın cənub- qərbində yerləşən Azərbaycanın coğrafi aspektdən stratejik mövqeyini fiziki,siyasi ve etnik nöqteyi nəzərdən dəyərləndirmək, ələ almaq olar.Azərbaycan coğrafiyasının fiziki aspektdən xarakterik cəhəti; açıq dənizlərə birbaşa çıxışının olmaması ve onun önəmli, əsas tranzit yolları kəsişməsindəki stratejik yerleşimidir. Azərbaycan dünyanın ən böyük gölü Xəzər dəniziylə sərhəddə olub ,dünya okeanına birbaşa çıxışı olmayan 42 qapalı (land-locked) ölkələr arasındadır [1]. Açıq dənizlərə ve dünya okeanına çıxışın tarix kontekstinde ticarət,zənginlik və inkişafı yaratması,təkan verməsini hesaba alarsaq bu durum Azərbaycan üçün böyük maneə təşkil edir.Coğrafi mövqeyinə bağlı olaraq Azərbaycanın, açıg dənizlərə ve dünya okeanına ancaq Rusiya, İran və Gürcüstan vasitəsiylə Türkiyədən çıxışı olur. Digər tərəfdən Azərbaycanın Qafqazda, şerqdən qərbə və Avroasiyanın cənubundan şimalına doğru olan tranzit yolları keçidində yer alması ölkənin taleyinə təsir edən vacib coğrafi faktordur.
Azərbaycanın indiki siyasi coğrafiyası Qafqazın cənub-şərqində 86,6 min2 km sahəni əhatə edir.Şimalda Rusiyayla (390 km), cənubda İranla (765 km) qərbdə Ermənistanla (1007 km), şimal-qərbdə Gürcüstanla (480 km) cənub - qərbdə Türkiyəylə (15 km) sərhəddir. Şərqdə Xəzər dənizi vasitəsiylə Qazaxıstan ve Türkmənistanla (391 km) ümumü sərhədleri var [2]. Bu qonşu dövlətlər Azərbaycanın geosiyasi vəziyyətinə ölkənin təhlükəsizliyi baxımından,həmçinin, beynəlxalq sistemdə də bu ölkələrin mövqeyinə çox güclü təsir edir.Qərbdəki qonşu dövlət Ermənistan Azərbaycanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə olaraq dəyərləndirilir.Belə ki, bu dövlət, Azərbaycanın tarixi ərazilerinde yaradılmış olub,keçən iki yüzillik boyunca da Azərbaycan torpaqları sayəsində torpaqlarını genişləndirmiş, bu gün də bu ideologiyanı davam etdirərək Qarabağ və ətrafdakı 7 rayonu işğal edərək Azərbaycanın digər ərazilərinə o cümlədən Naxçıvana qarşı da ərazi iddialarını irəli sürməktədir.
Həmçinin Azərbaycan Xəzər dənizi və avropa regionu arasında körpü qurmaq məqsədiylə Orta Asiya dövlətləriylə əlaqələrini də inkişaf etdirir [3]. Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşı, stratejik ortağı olaraq Qazaxıstan Respublikası rol oynayır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də Qazaxıstanı Azərbaycan üçün ümumilikdə yaxın, stratejik ortaq,dost ve qardaş olaraq vurğulayır [4]. Azərbaycan Respublikası prezidenti yanında stratejik araştırmalar mərkəzi keçmiş direktoru Elxan Nuriyevin fikrinə görə də Azərbaycan və Qazaxıstan-iki qardaş dövlət, ikitərəfli əməkdaşlıq və Xəzər dənizindəki təhlükəsizliyin təmin olunmasında və yeni qarşıdurmaların ortadan qaldırılmasında da stratejik ortaqdır [5]. Bununla birlikdə özəlliklə də Qarabağ problemində Qazaxıstanın obyektiv və ədalətli mövqeyi Azərbaycan üçün bu dövlətin önəmini bir daha da artırır. Azərbaycanın xarici siyasətində Qazaxıstanla olan əlaqələr bir çox önəmli səviyyədə aparılır. Bunların arasında birinci və ən geniş əhatəlisi bu dövlətlər arasındakı iki tərəfli münasibətlərdir.Son 20 il içərisində iki ölkə arasında siyasi,iqtisadi,mədəni və təhlükəsizlik sahələri üzrə 85 çox sənəd imzalanmışdır [6]. 2011-ci il 20-21 oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri sırasında daha 4 sazişlə bu sənədlərin sayısı 90 çatmışdır [7].
Qazaxıstan və Azərbaycan arasındakı qardaş münasibətlərdəki önemli yeri ticarət həcmi təşkil etməkdədir ki, bu da açıq-aydın iki ölkənin imkanlarına cavab verməməkdədir.Belə ki, 2009-cu ildə iki tərəfli ticarət dövriyyəsi 236,96 million $ olmuşdur.(Müqayisə üçün 2008-ci ilde 465,6 million $ olmuşdur). Qazaxıstan və Azərbaycan arasındakı ticarət həcmi 2010-cu ildə 350 million $ təşkil etmişdir [8].
İndi isə biz, “Azərbaycan elitası N.Nazarbayevin Avroasiya doktrinası haqqında nə düşünür’’ sualı üzərində duracağıq.
Nazarbayevin Avroasiya doktrinası analojik olaraq Avropayla Asiya və ya Şərqlə Qərbin sintezi mülahizələrindən doğduğu hesaba alınarsa, o zaman hakim elitanın Nazarbayevin Avroasiya doktrinasına ideolojik planda rəğbət bəslədiyi ehtimalını düşünsək yanılmarıq.Bir də Nazarbayevin Avroasiya doktrinası Azərbaycanın xarici siyasət prizmasından ələ alınırsa, o zaman sualımıza, hakimiyyətlə müxalifətin ayrı ayrılıqdakı xarici siyasi yanaşması çərçivəsindən baxılmalıdır.Bir yandan da Qazaxıstan prezidenti N.Nazarbayevin Avroasiya doktrinasına münasibət, Azərbaycanın rəsmi xarici siyasi mövqeyi baxımından təhlil olunarsa, rəsmi Bakının verilən sualda aydın bəyan olunan yolunun göze çarpmadığı görülür.Amma buna baxmayaraq Azərbaycanın son 20 il ərzindəki xarici siyasi xarakteri, Qazaxıstanla olan münasibətlərin önemi, bir neçə dəyərləndirməyi,nəticələri ortaya qoyar.Birincisi, Nazarbayevin Avroasiya doktrinasının meydana çıxdıgı periodun şərtlərini nəzərə alarsaq, Rusiya, Qazaxıstan və Azərbaycanın bu perioddakı mövqeyinə baxılırsa,rəsmi Bakının daha ehtiyatlı və qorunur yanaşmasının səbəbini anlamaq olar. Amma bu gün Azərbaycanın bu məkandakı inteqrasiya proseslərində iştirakı onun bu təşəbbüsə daha pozitiv baxdığını göstərir;belə ki, indiki şərtlər nöqteyi nəzərindən Nazarbayevin Avroasiyanizmi Avroasiyada yeni inteqrasiya modelinə stimul verir. İkincisi, Nazarbayev Avroasiyanizmi müstəqil dövlətlərin qarşılıqlı maraqlarına əsaslandığı üçün bu aspekte xüsusi əhəmiyyət verən Azərbaycanın rəsmi xarici siyasəti üçün cəlbedici xarakter daşıyır. Üçüncüsü, Nazarbayev Avroasiyanizmi; Azərbaycanda daha çox Kremlin imperialist baxışlarının əksi kimi qəbul olunan
Rusiya Avroasiyanizminə alternativ oldugu üçün daha önəmlidir Azərbaycanın indiki siyasətinin balanslı xarakterdə olduğunu nəzərə alarsaq bu alternativin dəyəri daha aydın görünür. Belə demək olar ki, açıgca ifadə edilməsə də əslində,Azərbaycanla Qazaxıstan arasındakı ikitərəfli və regional səviyyəli əməkdaşlıq proseslerində Nazarbayevin Avroasiya doktrinası önəmli yer tutur.
Azərbaycan siyasi dairələrinin Nazarbayev doktrinasına münasibətinin konkret müsbət misalı olaraq millət vəkili,Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının lideri Qüdrət Həsənquliyevin təklifini göstərmek olar.Son zamanlar populyar olan Türkiyə-Azərbaycan konfederasiyası hakkındakı müzakirədə,Həsənquliyev bu təşəbbüsü real olmayacaq şəkildə dəyərləndirib, onun yerinə’’türk-slavyan dövlətlər birliyi” modelini təklif etmişdir [9]. Həsənquliyev həmçinin, “türk-slavyan dövlətlər birliyi”yaradılmasının Rusiya Federasiyası tərkibindəki muxtar türk respublikalarının, MDB üzvləri olan müstəqil türk dövlətləriylə inteqrasiyası üçün daha uyğun və real olduğu fikrini səsləndirmişdir. Q.Həsənquliyev bildirmişdir ki,onun təklifinin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan,Türkiyə ve başqa türk dövlətlərinin bir hərbi-siyasi ittifagda birləşdirilməsidir. Ümumiyyətlə ise, Azərbaycanın elmi dairələrinde “Avroasiyanizm” və “neo-Avroasiyanizm” yeni tedqiq olunan sahə olaraq sayılır.XX əsrin 80-ci illərindən başlayaraq azərbaycan elmində avroasiya ideaları doğmağa başlamış; avroasiya səpgiləri olan etno-genetik ve etno-mədəniyyət mövzuları birinci planda yer almışdır [10]. 90-cı illərde Nikolay Trubeskoy, Lev Gumilyov, Murat Adji kimi avroasiyalı alimlərin əsərləri azərbaycan dilinə tərcümə olunmağa başlamışdır. Bundan başqa Azərbaycan universitetlərindəki politologiya ve beynəlxalq əlaqələr fakultələrində geopolitik ve beynəlxalq əlagələr mövzusunda daha çox Aleksandr Duqin ve başqa rus müəlliflərin əsərlərinin dərs kitabları olaraq alınması akademik dairələrdə rus Avroasiyanizminin menimsənilməsinə getirib çıxarmışdır. Artıq 2000-ci illərden başlayaraq Bakı universitetlərinin tərkibində avroasiyanizmin öyrənməsi üzərə təhsil strukturları müşahidə olunmağa və Azərbaycan alimlərinin de bu mövzuda ilk elmi əsərleri ortaya çıxmağa başlamışdır.
Avroasiyanizm mövzusu daha çox sistemli ve şüurlu şəkildə Bakı Slavyan Universitetində təqdim olunur. Burada fealiyyət gösdərən “Türk-slavyan əlaqələri” elmi araşdırma laboratoriyası 2001ci ilin 23 fevralında yaradılmışdır. Laboratoriyanın işində əsas diqqət; sadəcə dil ve ədəbiyyatı deyil eyni zamanda tarix ve mədəniyyəti də əhatə eden avroasiyanizmin mədəniyyət fenomeninə verilmişdir. Laboratoriyanın qarşısına qoyduğu məsələ; avroasiyanizm haqqında olan materialları sistemləşdirmək xüsusiylə də Azərbaycanla bağlı konkret türk-slavyan problemlərinin ayrılması; müasir mərhələdən mədəniyyətlərin qarşılıqlı əlaqələri erasına (məsələn, başlanğıcı İran ve Turan olan avroasiyanizm kontekstində avropa dualizminin mənbələri və genezisi) qədər türk-slavyan tədqiqatlarındakı problemlərin həlli perspektivlərinin müəyyən olunması; avroasiya ve dünya mədəniyyətinin bir hissəsi olan türk mədəniyyəti problemlərini tədqiq etmək, öyrənməkdir. Laboratoriyanın yaradıldığı 2001-ci ildən 01.06.2010 qədər laboratoriya əməkdaşları tərəfindən 120-dən çox elmi iş, o cümlədən də laboratoriyanın çalışdığı müddətində əməkdaşları tərəfindən nəşr olunan kitablar vardır [11]. Bakı Slavyan Universiteti tərkibindəki “Türk-slavyan əlaqələri”elmi-tədqiqat laboratoriyasının fəaliyyəti nəticəsində 2004-ildə hazırlanıb “Şərq-Qərb” adlı elmi məcmüa da nəşr olunmuşdur. Bu elmi məcmuada digər tarixi-coğrafi ədəbi, lingvistik, şərqə aid suallarla yanaşı klassik və müasir avroasiyanizm problemləri, hemçinin də onun Azərbaycanda inkişafının problem və perspektivlərinə toxunulur. Bu məcmuada Azərbaycanda avroasiyanizmin inkişafının perspektiv və istigamətləri Prof. K.M.Abdullayevin”Azərbaycanda Avroasiyanizm; inkişafının problem ve perspektivləri” adlı geniş həcmli məqaləsində açıqca qeyd olunmuşdur. Müəllifin fikrincə Azərbaycanın avroasiya məkanıyla iqtisadi ve mədəni integrasiyası ən məqbul olanı, qəbul edilənidir. Amma qeyd olunan məqalədə sadəcə rus Avroasiyanizminin tarixi aspektləri nəzərə alınmış Nazarbayevin Avroasiya doktrinasına heç toxunulmamışdır.
Nazarbayevin Avroasiya doktrinası hakkında ilk ve nadir dəyərləndirilməsi Fərhad Əliyevin “Avroasiyanizm: geosiyasi mühakimə” araşdırmasında görürük. O,Nazarbayevin Avroasiya doktrinasını neoavroasiyanizmin turan istigamətləri olaraq xarakterizə edir [12,85]. Monoqrafiyanın müəllifi “Qazaxıstan avroasiyanizmin himayəsində olan dövlət kimi hesab olunmağa başladı, daha dəqiq desək turan neoavroasiyanizmi keçmiş SSRİ-nin türk xalqlarının birləşdirilməsidir”. Burda da müəllif S.Serikbayın sözlərindən istifadə edərək deyir ki, “Qazaxıstan və Rusiya avroasiyanizmi bir problemin iki tərəfidir,bu da uzun müddətli qeyri-bərabər birlikde var olmanın nəticəsi olaraq ortaya çıxmışdır”. İ.Əliyevin fikrincə isə Nazarbayev turan neoavroasiyanizminin xarakter cəhəti onun praqmatik oluşudur; bu cəhətindən də SSRİ-nin dağılmasından sonra meydana çıxan nəticələrinin qarşısını almaq vasitəsiylə postsovet məkanında çox sahəli iqtisadi,sonra isə siyasi integrasiyanı həyata keçirilməsinə cəhd olunur [12,91]. Amma təəssüflər olsun ki, belə dəyərləndirmələrin sayı çox deyil və Nazarbayevin Avroasiya doktrinasına Azərbaycan alimlərinin mövqelərinin analizi üçün kifayət qədər deyil.
Bu materialımızın sonunda demək istəyirik ki, Azərbaycanın elmi dairələrində, bir mənalı olaraq, Avroasiyanizm yeni sahə sayılır. Xüsusi ilə də, Nazarbayevin Avroasiya doktrinası elmi dairelerde az araşdırılır və öyrənilir. Lakin demək olar ki, az sayıda olan elmi işlərdə belə Nazarbayevin Avroasiya doktrinasına həm müsbət həm də mənfi münasibətlər var.Amma nəticədə ümumi bir fikir var ki, bu ideya müzakirə edilmək üçün kifayət gədər dəyərlidir.
İstifadə olunan mənbələr
-
Nəsib Nəsəbli, Azerbaycan Geosiyasəti ve neft. Xəzər universiteti nəşriyyatı, Bakı, 2000.sh 60 (azərbaycan dilində)
-
www.eco.gov.az-erazi. 24 iyul 2011.
-
Məmmədyarov, Azərbaycanın xarici siyasəti:təsir edən faktorlar və prioritetlər
-
Prezident İlham Əliyevin bəyanatı, Azərbaycan və Qazaxıstan prezidentlərinin çap üçün bəyanatla çıxışı, www.ru.president.az, 20 oktyabr 2011.
-
“Azərbaycan və Qazaxıstan: iki tərəfli münasibətlər və regional qarşılıqlı bağlar” mövzusunda dairəvi stol, 13 sentyabr 2010, sh1
-
Fikrət Sadıxov, “Azərbaycan-Qazaxıstan:siyasi əməkdaşlıq.Nəticələr və perspektivlər” www.1news.az, 20 sentyabr 2010
-
“Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması” /www.ru.president.az, 20 oktyabr 2011.
-
Nursultan Nazarbayevin bəyanatı, , Azərbaycan və Qazaxıstan prezidentlərinin çap üçün bəyanatla çıxışı. www.ru.president.az 20 oktyabr 2011
-
Kamil Həmzəoğlu “Qüdrət Həsənquliyev:Azərbaycan Türkiyə və digər türk dövlətləriylə bir blokda təmsil olunmalıdır” Gün.Az www.gun.az, 25 oktyabr 2011 (azərbaycan dilində).
-
K.M.Abdullayev “Azərbaycanda Avroasiyanizm; inkişafının problem ve perspektivləri” Şərq-Qərb elmi-tedqiqat məcmuası “Türk-slavyan əlaqələri”, elmi-tədqiqat laboratoriyası Bakı slavyan universiteti.Bakı 2004, 12-13 sh
-
www.bsu-edu.org, 25 oktyabr 2011.
-
F.B.Əliyev Avroasiyanizm: geosiyasi mühakimə”, Bakı 2010.
Научный руководитель: д.полит.,н., профессор Кожирова С.Б.